Can Yaman saxlanılması ilə bağlı iddialara aydınlıq gətirdi
Dünya
99
21:40, Bu gün

Can Yaman saxlanılması ilə bağlı iddialara aydınlıq gətirdi

Türkiyəli aktyor Can Yaman İtaliyada keçirilən 76-cı Sanremo Musiqi Festivalının açılış gecəsində aparıcılığa hazırlaşarkən, Türkiyədə saxlanıldığı barədə yayılan xəbərlərə münasibət bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Yaman mətbuat nümayəndələrinə açıqlamasında bunun sadə yoxlamalar olduğunu və narkoloji testin nəticəsinin mənfi çıxdığını deyib. "Mənim tərəfimdən problem yoxdur. Yoxlandım, nəticəm mənfi oldu və 24 saat tamam olmadan sərbəst buraxıldım", - deyə o bildirib.

Fevralın 24-də start götürən festival fevralın 28-dək davam edəcək. Təşkilatçılar Karlo Konti və Laura Pausini olsa da, açılış gecəsində xüsusi qonaq və köməkçi aparıcı kimi Can Yaman səhnəyə çıxacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər