22:03
6°C
Bakı
İtaliyada qadın A Seriyası çərçivəsində "Atalanta" ilə "Napoli" arasında keçirilən oyundakı epizoda görə ərini bıçaqlayıb.
Moderator.az xəbər verir ki, bu "barədə La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, kişi hakimin "Atalanta"nın qapısına verilmiş penaltini ləğv etməsi qərarına həddindən artıq emosional reaksiya göstərib. Nəticədə cütlük arasında sözlü mübahisə yaranıb. Mübahisə zamanı qadın mətbəx bıçağını götürərək ərini böyründən yaralayıb.
Kişi xəstəxanaya çatdırılıb, onun həyatına təhlükə olmadığı bildirilir.
"Atalanta" ilə "Napoli" arasında görüş fevralın 22-də keçirilib və matç Berqamo təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.