02:13
6°C
Bakı
Bu gün günortadan sonra sərhəd bölgələrində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar baş verib və döyüşlər hələ də davam edir.
Moderator.az xəbər verir ki, bu barədə Əfqanıstanın yerli mətbuatı məlumat yayıb.
Məlumata görə, toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə baş verib.
Yerli mənbələr hər iki tərəfin ağır silahlardan istifadə etdiyini və itkilərin olduğunu bildirib.
Əfqanıstan və Pakistan hökumətləri son toqquşmalarla bağlı hələlik heç bir açıqlama verməyib.