Emmanuel Makron:
Dünya
68
21:05, Bu gün

Emmanuel Makron: "Koalisiya daxilində Kiyevə təminatlarla bağlı birlik yoxdur"

Fransa Prezidenti Emmanuel Makron "Könüllülər koalisiyası" daxilində Ukraynaya təhlükəsizlik təminatları məsələsində vahid mövqenin olmadığını etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Makron çıxışında planlaşdırma prosesinin sadələşdirilməsi üçün koalisiya üzvlərini Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı etirazları geri götürməyə çağırıb.

O bildirib: "Razılaşdığımız hər şeyi müəyyən edilmiş vaxtda həyata keçirmək son dərəcə vacibdir ki, planlar etibarlı görünsün".

Makron sülh danışıqlarının davam etdirilməsini vacib saydığını qeyd edib, lakin eyni zamanda yaxın vaxtda razılaşmanın əldə olunacağına skeptik yanaşdığını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər