Rəsmi İrəvan Aİ-dən kömək istədi
Dünya
100
20:57, Bu gün

Rəsmi İrəvan Aİ-dən kömək istədi

Ermənistan iyunda keçiriləcək parlament seçkisi ərəfəsində Avropa İttifaqından ölkəyə "hibrid sürətli reaksiya qrupu" göndərilməsini xahiş edib.

Moderator.az "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, xarici işlər naziri Ararat Mirzoyan Brüsselə ünvanladığı məktubda mümkün Rusiya müdaxiləsi və dezinformasiyanın qarşısının alınması üçün yardım istəyib.

Aİ-nin Ermənistanın "demokratik dayanıqlığını" gücləndirməyi planlaşdırdığı bildirilir. Yeni missiya təsdiqlənərsə, əsas diqqət seçki prosesinin və mümkün referendumun qorunmasına yönələcək. Qərarın mart ayında verilməsi gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər