Ermənistan özündən asılı olmadan müstəqil oldu - Paşinyan
Dünya
113
20:30, Bu gün

Ermənistan özündən asılı olmadan müstəqil oldu - Paşinyan

Bir problemi həll etdikdə, problemlərin sayı azalmır, əksinə artır. Bizim həyati və tarixi əhəmiyyətli məsələlərimiz var. Bugünkü Ermənistanda biz tarixi bir problemi həll etdik, 2018-ci ildən bəri bundan danışırdım.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu problem ondan ibarətdir ki, biz tarixdən tanıdığımız dövrü - Ermənistanın müəyyən geosiyasi şəraitə görə, bəzən özündən asılı olmayan hallar nəticəsində müstəqillik əldə etməsi və dövlətçiliyinin olması, sonra yenidən müstəqillik və dövlətçiliyin itirilməsi dövrünü aşmalıyıq.

2018-ci ildə mən bu problemi belə ifadə etdim ki, biz bu tarixi dövrü aşmalı və dövlətimizin varlığı yalnız öz qərarlarımızdan asılı olduğu yeni dövrə keçməliyik. 2020-2025-ci illərdə bu problemi həll etdik. Biz yalnız tarixi dövrün yaratdığı təhdidləri dəf etmədik, həm də tarixi mərhələyə daxil olduq, burada dövlətçilik, suverenlik, müstəqillik, inkişaf, azadlıq və rifah yalnız bizim verdiyimiz qərarlardan asılıdır. Bu, tarixi nailiyyətdir və Ermənistan vətəndaşları bu tarixi nailiyyətin qoruyucusu olmalıdır”, - baş nazir bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər