20:45
6°C
Bakı
Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin Rusiya tankerlərinin fəaliyyətinə qarşı tədbirlərini müzakirə ediblər.
Moderator.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski Kiyevdə Koşta və fon der Lyayen ilə birgə mətbuat konfransında bildirib.
"Biz Aİ qanunvericiliyinə Rusiya tankerlərini dayandırmağa və onların daşıdığı nefti müsadirə etməyə imkan verəcək dəyişiklikləri müzakirə etdik. Bu mümkündür", - o deyib.
Zelenski əlavə edib ki, görüşlər zamanı hava hücumundan müdafiə sistemlərinin artırılması və Ukrayna energetikasına dəstək məsələləri də müzakirə olunub.