20:22
6°C
Bakı
Almaniyada fevralın 27-28-də ictimai nəqliyyat işçilərinin tətil keçirəcəyi gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Tətillər əməkhaqqının artırılması ilə bağlı davam edən danışıqlar fonunda ictimai nəqliyyat işçilərinin Ver.di həmkarlar ittifaqı tərəfindən elan edib. Tətillərin Almaniyanın demək olar ki, bütün əyalətlərini əhatə edəcəyi ilə əlaqədar iki gün ərzində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılacağı gözlənilir.
Lakin tətil "Deutsche Bahn"ın operatoru olduğu nəqliyyata, xüsusilə "S-Bahn" şəhərətrafı elektrik qatarlarına təsir etməyəcək.
Tətil Aşağı Saksoniyada keçirilməyəcək, çünki orada martın sonunadək tətilin keçirilməməsi barədə razılıq əldə olunub.