Avstraliyadan Rusiyaya qarşı böyük sanksiya paketi
Dünya
72
19:15, Bu gün

Avstraliyadan Rusiyaya qarşı böyük sanksiya paketi

Avstraliya Rusiya ilə əlaqəli 180 fiziki və hüquqi şəxsə, həmçinin "kölgə donanması"na qarşı sanksiyaların tətbiqini elan edib.

Moderator.az bildirir ki, bu barədə Avstraliya Baş naziri Entoni Albaneze, müdafiə naziri Riçard Marles və xarici işlər naziri Penni Vonqun birgə bəyanatında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, bu, 2022-ci ilin fevral ayından bəri Avstraliyanın qəbul etdiyi ən böyük sanksiya paketidir. Yeni məhdudiyyətlər Rusiyanın maliyyə-bank, müdafiə, aviasiya, neft-qaz, nəqliyyat və elmi-texniki sahələrini hədəf alır.

Avstraliya ilk dəfə olaraq sanksiyalardan yayınmaq üçün transsərhəd ödənişləri təmin edən kriptovalyuta təşkilatlarını da hədəfə alıb.

Albaneze öz "X" hesabında bildirib ki, Moskvanın Kiyevə qarşı siyasəti beynəlxalq hüququ pozur. Siyasətçi bu addımları "qanunsuz və qəbuledilməz" adlandırıb və yeni sanksiyaların Rusiya Federasiyasının rəhbərliyinə təzyiqi artırmağa yönəldiyini qeyd edib. Baş nazir əlavə edib ki, Avstraliyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ümumi sayı 1 800-ü keçib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər