Avropa Parlamentindən Ukrayna ilə bağlı
Dünya
125
18:40, Bu gün

Avropa Parlamentindən Ukrayna ilə bağlı "soyuqqanlı" qətnamə - Artıq qələbədən bəhs edilmir

Avropa Parlamenti (AP) Rusiyanın "xüsusi hərbi əməliyyatı"nın başlanğıcından bəri ilk dəfə olaraq Ukraynanın hərbi qələbə ehtimalından bəhs etməyən qətnamə qəbul edib.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənəd AP-nin Brüsseldə keçirilən təcili sessiyasında qəbul edilib.

Sessiya 2.5 saat davam edib və bu müddət ərzində deputatlar Volodimir Zelenskinin videoçıxışını izləyiblər, Rusiyanı pisləyən debat keçiriblər və ənənəvi qətnamə qəbul ediblər. Sənədin münaqişə başlayandan bəri ən qısa mətn olub.

Qətnaməsində "hərbi qələbə" əks olunmur, sadəcə, Kiyevin danışıqlar mövqeyinin gücləndirilməsi və sülh sazişi imzalandıqdan sonra Ukraynaya hərbi zəmanətlərin verilməsi üçün Rusiyaya təzyiq göstərilməsinə dair çağırışlar yer alır.

Avropa Parlamenti həmçinin etiraf edib ki, əgər sülh sazişi əldə edilərsə, Ukrayna ərazisinin bir hissəsi Rusiyaya veriləcək. Həmçinin debatların gedişatı zamanı ilk dəfə olaraq avropalı deputatlar Rusiyadan daha çox Macarıstanın Baş naziri Viktor Orbanı və Slovakiyanın Baş naziri Robert Fitsonu tənqid ediblər ki, onlar təkcə Avropa İttifaqının Moskvaya qarşı 20-ci sanksiya paketini deyil, həm də Kiyevin 2026-2027-ci illər üçün 90 milyard avroluq maliyyələşdirilməsini bloklayıblar.

AP-nin qətnamələri hüquqi cəhətdən məcburi deyil və Avropa İttifaqı qurumları üçün sırf tövsiyə xarakteri daşıyır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər