18:43
6°C
Bakı
Rusiya Fransa və Böyük Britaniyanın Ukraynaya nüvə silahı vermək niyyəti barədə ABŞ-ni məlumatlandıracaq.
Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Kiyevin nüvə silahı əldə etmək cəhdləri Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyinə təsir edəcək.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat xidməti bu gün Britaniya və Fransanın Ukraynaya gizli şəkildə nüvə silahı verməyə hazırlaşdığı barədə məlumat yayıb.