Putin “Türk axını” və “Mavi axın”ı partlatmaq cəhdlərindən məlumatlı olduqlarını bildirib
Dünya
68
18:26, Bu gün

Putin “Türk axını” və “Mavi axın”ı partlatmaq cəhdlərindən məlumatlı olduqlarını bildirib

FSB terrorizmə qarşı mübarizəni gücləndirməlidir.

Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında bildirib.

Putin dünən gecə Savelovski vağzalı yağınlığında yol polisi maşınının partladılmasına münasibət bildirib.

O qeyd edib ki, baş verən terror hücumunu törədən internetdən "verbovka" olunub. Putinin sözlərinə görə, partlayıcı qurğunu uzaqdan işə salıblar.

Rusiya Prezidenti Qara dənizdə “Türk axını” və “Mavi axın” boru kəmərlərini partlatmaq cəhdləri barədə məlumatların olduğunu da qeyd edib.

Putin əlavə edib ki, Rusiya infrastrukturuna terror hücumlarının sayı artıb və onun qorunması gücləndirilməlidir: “Qərb kəşfiyyat orqanlarının vacib infrastruktura qarşı təxribatları da daxil olmaqla, kibercinayətlərin sayı artmaqdadır".

Putin vurğulayıb ki, Müdafiə Nazirliyinin və müdafiə sənayesinin yüksək vəzifəli şəxslərinin, dövlət məmurlarının, eləcə də ictimai rəy liderlərinin, jurnalistlərin və könüllülərin müdafiəsini gücləndirmək lazımdır. O, əks-kəşfiyyata “xüsusi hərbi əməliyyat zonası”nın arxa cəbhələrində işini gücləndirməyi tapşırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər