Zelenskinin ofisi Rusiya ilə danışıqların detallarını açıqladı
Dünya
125
18:17, Bu gün

Zelenskinin ofisi Rusiya ilə danışıqların detallarını açıqladı

"Rusiya nümayəndə heyətinin tərkibində xüsusi xidmət orqanlarının nümayəndələrinin peyda olması gözlənilmədən sülh nizamlanması üzrə danışıqlarda dialoqu sadələşdirib".

Moderator.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini Sergey Kislitsa BBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesindəki əsas dəyişikliklərdən biri Rusiya nümayəndə heyətinin tərkibi olub. Kislitsa qeyd edib ki, hərbçilərin və xüsusi xidmət orqanları əməkdaşlarının peyda olması gözlənilmədən dialoqu sadələşdirib.

Sergey Kislitsa xatırladıb ki, hələ BMT-də fəaliyyət dövrlərində rusiyalı diplomatlar ən çətin opponent (rəqib) hesab olunurdular.

O qeyd edib ki, hərbçilər döyüş meydanında baş verənləri daha yaxşı başa düşürlər, onlar mübahisə edə bilərlər, lakin ideoloji və tarixi mövzuda diskussiyalara girmirlər.

Kislitsa, həmçinin bildirib ki, danışıqlar qrupunun hərbi hissə ilə məşğul olan hissəsi məsələlərin 90%-i üzrə razılığa gəlib. Siyasətçi vurğulayıb ki, həll olunmamış qalan məsələlər ərazi, demarkasiya xətti və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarətdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər