ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında "Berta" tankerini ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Hərb Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, əməliyyat Venesuela və ABŞ sanksiyalarına məruz qalan ölkələrlə əlaqəli gəmilərə qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində həyata keçirilib.
Qeyd olunur ki, Kuk adaları bayrağı altında üzən tanker Karib dənizindən çıxdığı andan izlənilib və Hind okeanı bölgəsində dayandırılıb.
Xəbərə görə, ABŞ qüvvələri maneəsiz olaraq tankeri yoxlayıb və ələ keçirib.
Hərb nazirliyi bəyan edib ki, beynəlxalq sularda ABŞ sanksiyalarını pozan gəmilər tapılacaq və məsuliyyətə cəlb olunacaq.
Xəbərdə bildirilir ki, "Berta" tankeri 2004-cü ildə hazırlanıb və Kuk adaları bayrağı altında qeydiyyatdan keçib. Gəminin uzunluğu təxminən 330 metrdir.
"Berta" tankeri 2020-ci ilin yanvarında ABŞ-nin İranla bağlı sanksiyalarına məruz qalıb.