Avstraliyada BOMBA HƏYƏCANI: Baş nazir iqamətgahından təxliyə edildi
Dünya
57
18:09, Bu gün

Avstraliyada BOMBA HƏYƏCANI: Baş nazir iqamətgahından təxliyə edildi

Avstraliyanın Baş naziri Entoni Albaneze təhlükəsizlik təhdidi səbəbindən Kanberradakı iqamətgahından təxliyə edilib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "News.com.au" nəşri məlumat verib.

Jurnalistlərin məlumatına görə, təxliyə bombanın partlaması təhlükəsi ilə əlaqəli olub. Portalın bildirdiyi kimi, hüquq-mühafizə orqanlarının nümayəndəsi hər hansı şübhəli əşyanın tapılmadığını bildirib. Siyasətçinin sağ-salamat olduğu qeyd edilir.

Entoni Albaneze 23 may 2022-ci ildən bəri Avstraliyanın baş naziri vəzifəsində çalışır. O, ölkənin 31-ci hökumət başçısı və Leyborist Partiyasının lideridir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər