Braziliyada daşqınlar 14 nəfərin həyatına son qoydu
Dünya
55
18:07, Bu gün

Braziliyada daşqınlar 14 nəfərin həyatına son qoydu

Braziliyanın cənub-şərqindəki Juiz de Fora şəhərində leysan yağışlardan sonra baş verən daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı azı 440 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, yerli hakimiyyət orqanları şəhərdə fövqəladə vəziyyət elan edib.

Daşqınların nəticələrinin aradan qaldırılması üçün yerli xilasetmə xidmətləri təxirəsalınmaz işlər aparırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər