Dünya
93
17:57, Bu gün

"Ford" ABŞ-də yarım milyona yaxın avtomobili geri çağırır

"Ford Motor" şirkəti arxa asqı problemi səbəbindən ABŞ-də 412 770 "Explorer SUV" avtomobilini geri çağırır.

Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsindən (NHTSA) məlumat verilib.

Bildirilib ki, arxa asqının rıçaqları qırıla, bu isə idarəetmənin itirilməsinə gətirib çıxara bilər.

Bundan əlavə, "Ford" akkumulyatorda nasazlıq və əyləc pedallarında qüsur səbəbindən 40 655 avtomobili geri çağıracaq.

Qeyd edək ki, fevralın 24-də "Ford"un səhm kotirovkaları ilkin alqı-satqı zamanı 0.3% artıb. İlin əvvəlindən bəri şirkətin kapitalı 4% artıb (54.4 milyard dollara çatıb), "S&P 500" fond indeksi isə faktiki olaraq dəyişməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər