18:29
6°C
Bakı
Ukrayna Rusiyanın təcavüzünü dəstəkləyən 29 fiziki şəxs və 15 təşkilata yeni sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalar tətbiq etmək qərarını təsdiqləyən fərmanı imzaladığını qeyd edib.
Bildirilir ki, “sanksiyalar Rusiya vətəndaşlarının Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozan fəaliyyətlərini, ölkəyə qarşı təşviqat aparmalarını, o cümlədən Krımın qeyri-qanuni işğalından sonra mədəniyyət dəyərlərinin qaçırılmasına dəstək vermələrinə görə” tətbiq olunub.
Məlumata görə, yeni sanksiyalar siyahısına Aleksandr Çubaryan və tarixçi Aleksey Miller də daxil edilib.