18:05
6°C
Bakı
ABŞ-nin hərb naziri Pit Heqset yadplanetlilərin mövcud olduğunu etiraf edib.
Moderator.az news.meaww.com saytına istinadən xəbər verir ki, Pentaqon rəhbəri Koloradodakı brifinqində uçan naməlum obyektlər (UNO) haqqında bəzi məlumatları açıqlamağa hazırlaşdıqlarını söyləyib:
"Bunun nə qədər vaxt aparacağını əvvəlcədən demək istəmirəm. Bu məsələ üzərində işləyirik. ABŞ Prezidenti Donald Trampın bununla bağlı göstərişinə tam əməl edəcəyik və məlumatları ölkə rəhbərinə təqdim etməyi səbirsizliklə gözləyirik.
Təfərrüatı gözləyin. Bu, diqqətlə düşünülmüş bir proses olacaq. Çox vəd vermək və onları yerinə yetirməmək istəmirəm".