Zelenski sığındığı bunkeri göstərdi - VİDEO
Dünya
38
17:37, Bu gün

Zelenski sığındığı bunkeri göstərdi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Kiyevin Bankova küçəsində yerləşən ofis binasının altındakı bunkeri və oradakı iş otağını nümayiş etdirib.

Moderator.az-ın xəbərinə görə, bu barədə Zelenski öz "Telegram" kanalında paylaşım edib.

Rusiya ilə müharibənin başlamasının dördüncü ildönümü ilə əlaqədar müraciətində Zelenski savaşın ilk aylarını keçirdiyi bunkerin videogörüntülərini təqdim edib.

"Müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlər bu kabinetdə - bunkerdəki kiçik otaqda olub. Burada mən ABŞ prezidenti Co Baydenlə danışdım. Məhz burada ondan bu sözləri eşitdim: "Volodimir, təhlükə var, siz dərhal Ukraynanı tərk etməlisiz. Biz buna kömək etməyə hazırıq". Ona cavabımda dedim ki, mənə silah lazımdır, taksi yox", - deyə Ukrayna lideri bildirib.

Volodimir Zelenski daha sonra qeyd edib:

"Bu gün Putinin Kiyevə "üçgünlük hücumu"nun başlamasından düz dörd il keçir. Və bu, bizim müqavimətimiz, Ukraynanın bütün bu müddət ərzində necə mübarizə aparması ilə bağlı çox şey deyir. Bu sözlərin arxasında milyonlarla insanımız, böyük cəsarət, inanılmaz zəhmət, dözümlülük və Ukraynanın 2022-ci il 24 fevraldan bəri keçdiyi uzun yol dayanır.

İşğalın başlanğıcına nəzər saldıqda və bu gün haqqında düşündükdə, tam şəkildə bunu demək haqqımız var ki, biz öz müstəqilliyimizi müdafiə etdik, dövlətçiliyimizi itirmədik. Biz Ukraynanı mühafizə etdik. Sülh və ədaləti təmin etmək üçün hər şeyi edəcəyik. Ukraynaya eşq olsun!"

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər