Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı terror aktı - Yeddi ölü, bir neçə yaralı
Dünya
102
17:35, Bu gün

Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı terror aktı - Yeddi ölü, bir neçə yaralı

Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı terror aktı törədilib.

Moderator.az xəbər verir ki, polisin bu barədə açıqlamasında deyilir ki, Xayber Paxtunxva əyalətinin Kohat bölgəsindəki Şəkardara yolunda xidmət aparan hüquq-mühafizə orqanı əməkdaşlarını daşıyan avtomobil hədəfə alınıb.

Hücum nəticəsində altısı polis əməkdaşı olmaqla yeddi nəfər həyatını itirib. Yaralanan digər üç polis əməkdaşı və bir mülki şəxs xəstəxanaya yerləşdirilib.

Pakistanın daxili işlər naziri Möhsün Nəqvi hücumun terror aktı olduğunu bildirib və həlak olanların ailələrinə başsağlığı verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər