17:24
6°C
Bakı
Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir.
Moderator.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib.
Kallas deyib ki, ABŞ-ın Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.
Aİ rəsmisi qeyd edib ki, elə buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.
“Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bu, bir il ərzində heç bir nəticə vermədi, bəlkə də ona görə diqqətimizi digər tərəfə yönəltməliyik”, - Kallas əlavə edib.