Dünya
108
09:44, Bu gün

"Volvo" 40 mindən çox avtomobilini geri çağırır

"Volvo Cars" şirkəti akkumulyator batareyalarının həddindən artıq qızması riski səbəbindən 40 323 ədəd EX30 markalı elektromobilini geri çağırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Şirkət batareyaların dəyişdirilməsini pulsuz həyata keçirəcək. "Volvo Cars" avtomobil sahiblərinə yanğın riskinin qarşısını almaq üçün akkumulyatorun doldurulmasını 70%-lə məhdudlaşdırmağı tövsiyə edir.
 
Ekspertlər hesab edirlər ki, avtomobillərin geri çağırılması "Volvo"nun nüfuzuna ciddi zərbə vura və şirkətə baha başa gələ bilər. Belə ki, təkcə təchizatçıdan yeni batareyaların dəyəri 195 milyon dollar təşkil edə bilər.
Link kopyalandı!
Son xəbərlər