Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralanan var
Dünya
131
09:38, Bu gün

Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralanan var

Moskvanın mərkəzində yol polisinin maşını partladılıb.
 
Moderator.az Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, naməlum şəxs Savelovski Stansiyası Meydanı yaxınlığında polis patrul maşınına yaxınlaşaraq əlindəki partlayıcını işə salıb.
 
Gecə saat 00.05-də baş verən hadisə nəticəsində bir yol polisi əməkdaşı həlak olub, digəri ağır yaralanaraq xəstəxanaya aparılıb.
 
Bildirilir ki, partlayıcını işə salan şəxs özü də partlayış nəticəsində həlak olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər