Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər ƏLƏ KEÇDİ
Dünya
115
09:28, Bu gün

Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər ƏLƏ KEÇDİ

Serbiya hüquq-mühafizə orqanları ölkə prezidenti Aleksandr Vuçiçə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
 
Moderator.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti açıqlama yayıb.
 
"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R.-i (1975-ci il təvəllüdlü) və M.R.-i (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və silah əldə etməklə ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də DİN əməkdaşlarına qarşı sui-qəsd cəhdində şübhəli bilinirlər", - məlumatda bildirib.
 
Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər barəsində həbs qətimkan tədbiri seçilib.
 
Cinayət işi Kralyevodakı Ali Prokurorluğa təhvil veriləcək.
Link kopyalandı!
Son xəbərlər