Zimbabvedə sabiq prezidentin oğlu ağır cinayətdə ittiham olunur
Dünya
239
23 Feb 2026 | 23:45

Zimbabvedə sabiq prezidentin oğlu ağır cinayətdə ittiham olunur

Zimbabvenin sabiq prezidenti Robert Muqabenin oğlu Bellarmin Muqabeyə qarşı qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

Moderator.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

28 yaşlı B.Muqabe mühafizəçisi Tobias Matonhodze ilə birlikdə bu gün Cənubi Afrika Respublikasının məhkəməsi qarşısına çıxarılıb. Mühafizəçi ehtimal olunan cinayətdə şəriklikdə ittiham olunur.

Polisin məlumatına görə, fevralın 19-da B.Muqabe bağbanı ilə mübahisə edib. Mübahisə zamanı o, silah çıxararaq qaçmaqda olan bağbanı güllələyib. Zərərçəkən hazırda xəstəxanada ağır vəziyyətdədir. Hadisə yerində yalnız bir neçə giliz tapılıb, silah isə aşkarlanmayıb. B.Muqabe və mühafizəçisinə həmçinin qanunsuz silah saxlama və ədalət mühakiməsinə mane olma ittihamları da irəli sürülüb.

Bellarmin Robert Muqabenin və onun ikinci həyat yoldaşı Qreysin kiçik oğludur. Xatırladaq ki, Robert Muqabe 1980-2017-ci illərdə, 37 il ərzində Zimbabveyə rəhbərlik edib. O, hakimiyyəti dövründə korrupsiya və irqçilikdə ittiham olunub. 2017-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb, 2019-cu ildə vəfat edib.

Link kopyalandı!
Son xəbərlər