İraq iri neft yatağının idarəçiliyini ABŞ şirkətinə təhvil verdi
Dünya
300
23 Feb 2026 | 23:20

İraq iri neft yatağının idarəçiliyini ABŞ şirkətinə təhvil verdi

İraq hökuməti "Qərbi Qurna-2" neft yatağının idarəçiliyini ABŞ-nin "Chevron" şirkətinə təhvil verib. Eyni şirkətin idarəçiliyində Rusiyanın "LUKOIL" korporasiyası da paya sahib idi.

Moderator.az-ın xəbərinə görə, bu barədə "INA" agentliyi məlumat verib.

Məlumata görə, İraqın yerli neft şirkətləri ilə "Chevron" arasında iki ilkin müqavilə imzalanıb. Qeyd edilir ki, bunlardan birincisi İraqın "Basra Oil Company" neft şirkəti ilə "Chevron" arasında "Qərbi Qurna-2" neft yatağının idarə olunmasının təhvil verilməsinə dair imzalanıb. Sənədlərin imzalanma mərasimi İraqın Baş naziri Məhəmməd əl-Sudaninin iştirakı ilə baş tutub.

Fevralın 17-də İraq hökuməti Rusiyanın "LUKOIL" şirkəti ilə "Qərbi Qurna-2" neft yatağında neft hasilatı əməliyyatlarının yerli "Basra Oil Company" neft şirkətinə təhvil verilməsi ilə bağlı əldə edilən razılaşmanı təsdiqləyib.

Link kopyalandı!
Son xəbərlər