Dünya
193
23 Feb 2026 | 23:00

"Bloomberg": Uitkoff və Kuşner İranla danışıqlar üçün Cenevrəyə yollanacaqlar

ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezidentin kürəkəni Cared Kuşner bu həftə İranla danışıqların yeni raundunda iştirak etmək üçün Cenevrəyə yollanmağı planlaşdırırlar.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Prezident Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni cümə axşamı İranla danışıqların növbəti raundunda iştirak edəcəklər. ABŞ və İran diplomatları son həftələr nüvə sazişi üzrə razılığa gəlməyə çalışırlar.

Bununla yanaşı, agentlik qeyd edib ki, ABŞ Yaxın Şərqdə iki aviadaşıyıcı, qırıcılar və yanacaqdolduran təyyarələr də daxil olmaqla, əhəmiyyətli qüvvə topladığı üçün İrana zərbələr endirilməsi ehtimalı qalmaqdadır.

Link kopyalandı!
Son xəbərlər