Ukraynanın Nikolayev şəhərində dəmiryol vağzalı yaxınlığındakı işləməyən yanacaqdoldurma məntəqəsinin ərazisində partlayış baş verib. Hadisə nəticəsində yeddi polis əməkdaşı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Moderator.az "Ukrainskaya pravda" nəşrinə istinadən xəbər verir ki, bu barədə Milli Polisin rəisi İvan Vıqovski bildirib.
Vıqovskinin sözlərinə görə, patrul polisləri növbə dəyişikliyinə gəliblər və ərazidə avtomobillərini park ediblər, bu zaman partlayış baş verib.
Milli Polisdə bu hadisələri hüquq-mühafizə orqanlarına qarşı məqsədyönlü hücum kimi qiymətləndirdiklərini bildiriblər:
"Srağagün Lvovda polislərə qarşı terror aktı baş verdi. Bu, təsadüf deyil. Düşmən hər gün insanları və dövləti qoruyan Ukrayna polislərini qəsdən öldürməyə çalışır".