23:34
6°C
Bakı
Avropa İttifaqı Ukraynadakı müharibədə iştirak etmiş rusiyalıların Avropaya girişinə qadağa qoymağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Avropa Komissiyasında biz Ukraynadakı müharibədə iştirak etmiş yüz minlərlə keçmiş Rusiya hərbçisinin Şengen zonasına daxil olmasının qarşısını almaq üzərində işləyirik”, – diplomat qeyd edib.