Rubio İsrailə səfərini 2 gün təxirə saldı
Dünya
240
23 Feb 2026 | 21:20

Rubio İsrailə səfərini 2 gün təxirə saldı

ABŞ Dövlət katibi Marko Rubionun İsrailə planlaşdırılan səfəri təxirə salınıb.

Moderator.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Bildirilib ki, səfər 2 mart tarixinə keçirilib.

Mənbənin sözlərinə görə, Rubionun səfəri 26 fevralda Cenevrədə keçirilməsi gözlənilən ABŞ-İran danışıqlarına görə ertələnib. Rubionun bu danışıqların nəticələrini və Tehranın mövqeyinə cavab addımını İsrail baş naziri ilə müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Rubionun 28 fevralda İsrailə səfər edəcəyi bildirilmişdi.

Link kopyalandı!
Son xəbərlər