Zelenski sabiq baş komandan Zalujnıya cavab verib: O, çox pis hərəkət edib
Dünya
152
20:27, Bu gün

Zelenski sabiq baş komandan Zalujnıya cavab verib: O, çox pis hərəkət edib

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin sabiq baş komandanı, Böyük Britaniyadakı səfir Valeriy Zalujnının 2023-cü ilin yay əks-hücumunun uğursuzluğunda onu günahlandırmasını çox pis hərəkət adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə Zelenski AFP-yə müsahibəsində danışıb.

"Hər kəsin eyni emosiyası var idi, bəlkə də bu haqda danışmaq çox tezdir. Mən sadəcə onu düşünürəm ki, bu mövzuda danışmaq yaxşı deyil, çünki heç kim bundan qazanmayacaq. Söhbət bizim ordumuzdan gedir, bu gün o döyüşür və belə danışmaq yaxşı görünməyəcək”, - o qeyd edib.

Zelenski, həmçinin Zalujnı ilə son müsahibə yayımlandıqdan sonra əlaqə saxlamadığını vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər