Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
Dünya
192
20:00, Bu gün

Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi

Ukrayna Müdafiə Nazirliyi hərtərəfli səfərbərlik islahatına başlayır.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov öz "Telegram" kanalında məlumat verib.

"Hazırda kompleks (hərtərəfli) səfərbərlik islahatı üzərində işləyirik", - deyə o yazıb.

Fyodorovun sözlərinə görə, ölkənin müdafiə qabiliyyətini qorumaqla illər ərzində yığılan problemləri həll etmək üçün sistemli həllin təklif edilməsi planlaşdırılır.

Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevral ayında elan edilib və bir neçə dəfə uzadılıb. İlkin olaraq 27-60 yaş arası kişilər hərbi xidmətə çağırılırdılar, 2024-cü ilin aprelində isə səfərbərlik yaşı 25-ə endirilib. Həmin ilin 18 may tarixində səfərbərliyin sərtləşdirilməsini nəzərdə tutan qanun qüvvəyə minib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər