22:36
6°C
Bakı
İsrailə hücum etmək İranın tarixindəki ən ciddi səhv olar.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə deyib.
“Əgər İran hökuməti tarixində bəlkə də ən ciddi səhvini edərək, İsraili hədəf alarsa, biz ona heç düşünə bilməyəcəyi bir güclə cavab verəcəyik”, - Baş nazir bildirib.
Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə şəxsi münasibətlərinin və İsrail Müdafiə Qüvvələri (IDF) ilə ABŞ ordusu arasındakı əlaqələrin heç vaxt bu qədər yaxşı olmadığını qeyd edib.