22:02
6°C
Bakı
ABŞ-li qadın basketbolçu, WNBA-nın sabiq oyunçusu Kara Brekston 43 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə "Women's National Basketball Association" (WNBA) məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Karyerası ərzində Braxton WNBA-də "Detroyt Şok", "Tulsa Şok", "Finiks Merkuri" və "Nyu-York Liberti" komandalarının formasını geyinib və iki dəfə liqa çempionu olub.
O, həmçinin karyerasının bir hissəsində Rusiyanın "Nadejdi" klubunda çıxış edib və komanda ilə ölkə çempionatının bürünc mükafatını qazanıb.