KİV: Türkiyə “Eurofighter Typhoon” təyyarələrinin alışını sürətləndirir
Dünya
188
18:50, Bu gün

KİV: Türkiyə “Eurofighter Typhoon” təyyarələrinin alışını sürətləndirir

Türkiyə Hərbi Hava Qüvvələrini gücləndirmək üçün “Eurofighter Typhoon” təyyarələrinin alışı üzrə çoxmərhələli plan həyata keçirir.

Moderator.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Türkiyə yeni qırıcı təyyarələrin alışı ilə yanaşı, istifadə olunmuş təyyarələr də alacaq ki, bu da prosesin sürətlənməsinə kömək edəcək.

Böyük Britaniya ilə imzalanan müqaviləyə əsasən, Türkiyə 2030-cu ildən sonra 20 yeni “Eurofighter Typhoon” qırıcısı alacaq. Eyni zamanda, Qətər və Omanla əldə edilən razılaşmalara əsasən, ikinci əl 24 qırıcı təyyarə daha tez Türkiyəyə göndəriləcək və xidmətə daxil olacaq.

Bu qırıcılar yeni təyyarələr istehsal olunana qədər Türkiyənin hava qüvvələrində istifadə ediləcək və yerli istehsal olan “KAAN” döyüş təyyarəsi də hazır olana qədər boşluğu dolduracaq. Hazırda alınması gözlənilən qırıcı sayı ən azı 44 olsa da, əlavə danışıqların müsbət nəticələnməsi ilə bu rəqəm 56-ya qədər artacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər