Gürcüstan xarici vətəndaşlara bu işləri qadağan edir
Dünya
211
18:00, Bu gün

Gürcüstan xarici vətəndaşlara bu işləri qadağan edir

Gürcüstan 2026-cı il martın 1-dən etibarən xarici vətəndaşlara taksi sürücüsü, kuryer və tur bələdçisi kimi işləməyi qadağan edir.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

“Dəyişikliklər Gürcüstan vətəndaşlarının əmək maraqlarının qorunmasına yönəlib. Hazırda Gürcüstanda 250 mindən çox miqrant var. Bu, vətəndaşlarımıza görə həddindən artıq rəqabətin qarşısını almaq üçün vacibdir", - Kobaxidze bildirib.

Qeyd edək ki, dəyişikliklər miqrant işçilərə və işləyən xarici vətəndaşlara aiddir. Qaçqınlara, sığınacaq axtaranlara, diplomatlara, akkreditə olunmuş jurnalistlərə, investisiya üçün yaşayış icazəsi sahiblərinə və beynəlxalq müqavilələrdən azad edilmiş şəxslərə təsir etməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər