19:14
6°C
Bakı
Ukraynada yenidənqurma işlərinin həyata keçirilməsi üçün 588 milyard dollar lazım olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökuməti bildirib.
Bu qiymətləndirmə 2022-ci il fevralın 24-dən 2025-ci il dekabrın 31-ə qədər olan dövrü əhatə edir və burada ötən ilin hesablamalarına nisbətən 12% artım qeydə alınıb.
Araşdırma Rusiyanın Ukraynaya bu ilin yanvar və fevral aylarında endirdiyi zərbələri ehtiva etmir.