Rus ordusu Zaporojye şəhərinə yaxınlaşmaq üçün irəliləməyə çalışır. Bu istiqamətdə sonuncu əsas maneə Ukrayna ordusu tərəfindən müdafiə olunan kiçik Stepnoqorsk kəndidir.
Moderator.az xəbər verir ki, bu barədə “Taym” nəşri yazıb.
“Təxminən 20 000 rus əsgəri Stepnoqorska göndərilib və onlar 22 kilometr aralıda yerləşən Zaporojye istiqamətində şimala doğru irəliləmək niyyətində idilər. Bu kənd Konska çayı qarşısındakı son Ukrayna qalasıdır. Ruslar bu səddi keçə bilsələr, Zaporojye şəhərini artilleriya atəşinə tuta biləcəklər. Stepnoqorsk döyüşü elit bölmələr tərəfindən aparılır. Ruslar kəndə iki hava-desant diviziyası, bir motoatıcı diviziya və bir xüsusi təyinatlı briqada göndəriblər. Onların qarşısında isə sayları 7 dəfədən də az olan Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları, eləcə də piyada, dron və ərazi müdafiə bölmələri dayanıb. Bu kənddə bir rus əsgərinin orta ömrü 12 dəqiqə təşkil edir”, - nəşr bildirib.