Dünyada II Dünya müharibəsindən bəri güc və resurslar uğrunda ən amansız mübarizə gedir.
Moderator.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk təşkilatın İnsan Hüquqları Şurasının 61-ci sessiyasının açılışında deyib.
“Qlobal səhnədə son 80 ildə görünməmiş sürətlə və intensivliklə güc, nəzarət və resurslar uğrunda şiddətli mübarizə gedir”, - o bildirib.
Türkün sözlərinə görə, dünyada baş verən hadisələr dominantlıq və üstünlüyə doğru dərin narahatlıq doğuran bir tendensiyanı əks etdirir:
“Bəzi dünya liderlərinin ritorikasının arxasında onların qanundan və BMT Nizamnaməsindən üstün olduqlarına dair inam dayanır. Onlar nəyin bahasına olursa olsun, öz məqsədlərinə çatmaq üçün müstəsna statusa, müstəsna təhlükəyə müraciət edir”.
Qeyd edək ki, BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası fevralın 23-də Cenevrədə başlayıb və 31 marta qədər davam edəcək.