Tokayev və Kobaxidze ali səviyyədə təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər
Dünya
231
17:25, Bu gün

Tokayev və Kobaxidze ali səviyyədə təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı zamanı Qazaxıstan-Gürcüstan münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edib.

Moderator.az Akordaya istinadən xəbər verir ki, telefon danışığı Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutub.

Onlar ikitərəfli və çoxtərəfli gündəliyin geniş spektri üzrə əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliklərini təsdiq ediblər. Ticari-iqtisadi və investisiya, tranzit, nəqliyyat, energetika və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Bundan başqa, aktual beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb. Tərəflər ali səviyyədə təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər