Vaşinqton İranın hansı əks-hücum tədbirindən ehtiyatlanır?
Dünya
127
17:05, Bu gün

Vaşinqton İranın hansı əks-hücum tədbirindən ehtiyatlanır?

"İran "Hizbullah" və digər hərəkatlara ABŞ-nin regionda yerləşən hərbi bazalarına, səfirliklərinə hücum əmri verə bilər".

Moderator.az bildirir ki, bunu "The New York Times" nəşri Birləşmiş Ştatların təhlükəsizlik xidmətlərinin nümayəndələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, ABŞ və Qərb müttəfiqləri ehtiyat edir ki, əgər Vaşinqton İrana qarşı irimiqyaslı əməliyyat həyata keçirsə, Tehran özünün dəstəklədiyi müxtəlif qruplaşmalardan (proksi qüvvələrdən) Avropada və Yaxın Şərqdə yerləşən ABŞ obyektlərinə zərbə vurmalarını istəyə bilər.

Mənbə bildirir ki, hazırda belə bir plana hazırlıq barədə hər hansı sübut yoxdur. Ancaq kəşfiyyatçılar son zamanlar İranyönümlü qruplaşmalar arasında aktiv mesajlaşma müşahidə ediblər:

"Bu, onların fəal şəkildə hazırlıq həyata keçirdiklərinə və mümkün hücumları koordinasiya etdiklərinə işarə ola bilər".

Həmçinin yüksək rütbəli ABŞ rəsmisi qeyd edib ki, ələ keçirilən danışıqları təhlil edən insanlar bu cür fəaliyyətlərin aktivliyini müşahidə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər