Kanada Baş naziri Hindistan, Avstraliya və Yaponiyaya səfər edəcək
Dünya
234
16:57, Bu gün

Kanada Baş naziri Hindistan, Avstraliya və Yaponiyaya səfər edəcək

Kanada Baş naziri Mark Karni fevralın 26-sından martın 7-nədək Hindistan, Avstraliya və Yaponiyada səfərdə olacaq.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.

Həmin üç ölkəyə səfəri çərçivəsində Karni Hindistanın Baş naziri Narendra Modi, Avstraliyanın Baş naziri Entoni Albaniz və Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşəcək.

Hökumətdən bildirilib ki, bu səfərlərin məqsədi energetika, texnologiyalar, süni intellekt və kritik əhəmiyyətli faydalı qazıntılar və s. kimi sahələrdə tərəfdaşlığın genişləndirilməsidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər