Çexiyada nazir qəzaya düşdü
Dünya
186
16:40, Bu gün

Çexiyada nazir qəzaya düşdü

Çexiyanın mədəniyyət naziri Oto Klempic Praqada baş verən yol-nəqliyyat hadisəsindən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə "Idnes" xəbər portalı nazirliyin rəsmisinə istinadən məlumat yayıb.

"Nazir avtomobil qəzasına düşüb. Onun vəziyyəti ağırdır. Təcili yardım çağırılıb və o, mərkəzi hərbi hospitala aparılıb", - deyə nazirliyin əməkdaşı bildirib.

Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. İki maşının toqquşması zamanı nazirin olduğu avtomobilin təhlükəsizlik yastıqları açılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər