18:48
7°C
Bakı
Ukrayna Prezidenti Volodimir Zelenski Avropadan Ukraynada muzdlu (müqavilə üzrə) hərbi xidmət üçün xərcləri qarşılamasını tələb edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə o, BBC nəşrinə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Avropa ölkələri səfərbərlik modelindən müqavilə sisteminə keçidi maliyyələşdirə bilərdilər. O xatırladıb ki, Rusiyada hərbçilərə müqavilə imzalandığı zaman ödəniş edilir.
O qeyd edib ki, Ukrayna da eyni şəkildə hərəkət etmək istərdi, lakin maddi vəsait çatışmır.
"Bax bu məqamda avropalılar kömək edə bilərlər. Avropalılar hələ ki bu proqramı maliyyələşdirmirlər", - deyə Volodimir Zelenski vurğulayıb.