Bıçaqlı şəxs insanlara hücum etdi - Xəsarət alanlar var
Dünya
299
16:00, Bu gün

Bıçaqlı şəxs insanlara hücum etdi - Xəsarət alanlar var

Almaniyanın cənubundakı Vyurtsburq şəhərinin əsas dəmir yolu stansiyasında naməlum şəxs bıçaqla insanlara hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident zamanı üç nəfər yaralanıb.

İlkin məlumatlara görə, hücum səhər saat 7:50-də (Bakı vaxtı ilə 10:50 - red.) "Yahova şahidləri" dini təşkilatının stendi yaxınlığında baş verib.

Aralarında mülki geyimli polis əməkdaşının da olduğu sakinlər 35 yaşlı canini hadisə yerində yaxalamağı bacarıblar.

Hadisənin motivləri hələlik məlum deyil.

İnsident zamanı qatarların hərəkəti dayandırılmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər