Daha bir ölkə vətəndaşlarını İRANDAN ÇIXMAĞA ÇAĞIRDI
Dünya
247
11:22, Bu gün

Daha bir ölkə vətəndaşlarını İRANDAN ÇIXMAĞA ÇAĞIRDI

Cənubi Koreya hökuməti İranda yaşayan və ya səfərdə olan vətəndaşlarına bu ölkəni tərk etməyi tövsiyə edib.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
Məlumata görə, çağırış ABŞ və İran arasında artan gərginlik fonunda edilib.
 
Qeyd olunur ki, Cənubi Koreyanın Tehrandakı səfirliyi öz vətəndaşlarına mövcud mülki uçuşlardan istifadə edərək bu ölkədən çıxmağı məsləhət görüb.
 
Diplomatik nümayəndəliyin məlumatına görə, vəziyyətin pisləşəcəyi halda uçuşlar dayandırıla bilər.
 
Xatırladaq ki, ötən həftə Polşa, Almaniya, İsveç, Avstraliya və Serbiya da öz vətəndaşlarına İranla bağlı oxşar xəbərdarlıqlar ediblər.
Link kopyalandı!
Son xəbərlər