Hər 200 kişidən biri Çingiz xanın nəslindəndirmi? - Alimlər suala cavab tapdı
Dünya
263
08:30, Bu gün

Hər 200 kişidən biri Çingiz xanın nəslindəndirmi? - Alimlər suala cavab tapdı

Qazaxıstanda hökmdar məzarlarından əldə edilən genetik məlumatlar Mərkəzi Asiyada geniş yayılmış bir mifin doğru olmadığını göstərib.
 
Moderator.az bildirir ki, Oxu.az-ın "Phys" nəşrinə istinadən verdiyi məlumata görə, alimlər Monqol imperiyasının şimal-qərb qolu olan Qızıl Ordanın hakim elitasına məxsus DNT qalıqlarını analiz ediblər.
 
Tədqiqat zamanı müəyyən edilib ki, bu şəxslərin genetik mənşəyi Monqol yaylasına gedib çıxır və onların Y-xromosomları C3 genetik klasterinin bir qoluna aiddir.
 
Daha əvvəl bəzi alimlər C3 klasterinin Mərkəzi Asiyada geniş yayılmasını Monqol imperiyasının təsiri ilə əlaqələndirərək, bölgədəki hər 200 kişidən birinin Çingiz xanın qohumu ola biləcəyi ehtimalını irəli sürmüşdülər. Lakin yeni araşdırma göstərib ki, Qızıl Orda elitasında bu genetik qol mövcud olsa da, müasir əhali arasında olduqca nadir hallarda rast gəlinir.
 
Bu isə Çingiz xanın çoxsaylı nəslinin bu günə qədər geniş şəkildə davam etməsi barədə fikirlərin böyük ehtimalla mif olduğunu göstərir. Alimlər bildirirlər ki, Çingiz xanın dəqiq genetik profili yalnız onun məzarı tapıldıqdan sonra müəyyən edilə bilər.
 
Link kopyalandı!
Son xəbərlər