İran yeni hücumlara qarşı müdafiəsini gücləndirib
Dünya
269
22:29, Bu gün

İran yeni hücumlara qarşı müdafiəsini gücləndirib

İran hazırda yeni hücumlara qarşı effektiv müdafiə imkanlarına malikdir və özünü qorumağa tam hazırdır.

Moderator.az xəbər verir ki, bunu Abbas Əraqçi CBS telekanalına müsahibəsində bildirib.

Əraqçi qeyd edib ki, 2025-ci ildə İsrailə qarşı baş vermiş hərbi əməliyyatlar zamanı hava hücumundan müdafiə sistemlərində problemlər olmuşdu, lakin İsrail də raketlərə qarşı effektiv müdafiə edə bilmirdi.

“Raketlərimiz İsraildəki hədəfləri vurmaq imkanına malik idi. Onlar müharibəni başladılar, amma 12 gün sonra, şərtsiz atəşkəs tələb etdilər, çünki bizim raketlərimizdən qoruna bilmirdilər”, - nazir qeyd edib.

İranın raket potensialı hazırda əvvəlki müharibə dövrünə nisbətən daha güclüdür və ölkə özünü müdafiə etmək üçün tam hazırlıqlı vəziyyətdədir. Əraqçi vurğulayıb ki, ölkə 12 günlük müharibə zamanı bunu nümayiş etdirib və lazım gəldikdə bu potensialı tam şəkildə istifadə etməyə hazırdır.

Qeyd edək ki, 2025-ci il iyunun 13-də İsrail İrana qarşı hərbi əməliyyatlara başlamışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər