7,1 bal gücündə zəlzələ bu ölkəni silkələdi
Dünya
346
21:55, Bu gün

7,1 bal gücündə zəlzələ bu ölkəni silkələdi

Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar UTC vaxtı ilə saat 16:57-də (Bakı vaxtı ilə 20:57), Kudat şəhərindən 62 kilometr qərbdə qeydə alınıb.

Bu şəhər Malayziyanın şərqində yerləşir və əhalisinin sayı 32,3 min nəfərdir.

USGS mütəxəssisləri qeyd ediblər ki, zəlzələ ocağı 620 kilometr dərinlikdə yerləşib.

Hələlik mümkün tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Link kopyalandı!
Son xəbərlər